Avstriyada hazırlıq keçən "Qalatasaray" bu gün yoldaşlıq görüşündə "LASK Linz"lə qarşılaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray" gözlənilmədən "LASK Linz"ə 3-2 hesabı ilə uduzub.
Qeyd edək ki, oyuna "Qalatasaray"ın yeni transferi Mişi Batşuayi matça start 11-də başlayıb və 70 dəqiqə meydanda olub.
Matçın ilk yarısında "LASK Linz" 23-cü dəqiqədə Leo Dübuanın vurduğu avtoqolla 1:0 hesabı ilə önə çıxıb.
"Qalatasaray" 56-cı dəqiqədə Metehan Baltacının qolu ilə hesabı bərabərləşdirib.
Lakin 8 dəqiqə sonra "LASK Linz" fərqi artırıb. 71-ci dəqiqədə yenə Metehan Baltacı hesaba tarazlıq gətirib.
Ancaq Avstriya komandası 85-ci dəqiqədə Mussa Konenin qolu ilə 3-ü qolu vurub.
Bu qol isə oyunda son olub - 3:2.
Fərid
MİA.AZ