Türkiyənin Konya şəhərində "fahişə çetesi"nə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, şərti adı "Piyon" qoyulan əməliyyatla Konyada əcnəbi qadınlardan ibarət hərəmxana çəkəldilib.

Məlumata görə, intim xidmət üçün qurulan "hərəmxana"dakı qadınların fotolarından ibarət kataloq da ələ keçirilib: "Kataloqda hərəmxanadakı qızların fotoları yerləşdirilib. "Müştəri" bu kataloq əsasında arzuladığı qadını seçərək bir gecəsi 5-6 min lirə (250-300 manat) olmaqla, intim əlaqədə olurmuş. Polis 3 aylıq təqibdən sonra bu fahişə çetesini tam şəkildə çökəltməyə nail olub".

Xəbərdə deyilir ki, əməliyyat zamanı bu "fahişə çetesi"nin idarə edən 8 nəfər tutulub: "Onlardan 5-i həbs edilib, 3-ü isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Fahişələrə gəldikdə isə, onlar Özbəkistan, Qırğızıstan və Azərbaycandan olan qızlar olub. 24 nəfərlik fahişələr müvafiq prosedurdan sonra ölkələrinə deport olunacaqlar..".

Firudin Səfərli

MİA.AZ