Bu gün AVRO-24-ün yarımfinalında İngiltərə Niderland yığmasını məğlub edib.

Mia.az xəbər verir ki, oyunun 7-ci dəqiqəsində Xavi Simons niderlandlıları önə çıxarsa da, İngiltərə millisi cəmi 11 dəqiqə sonra hesaba bərabərlik gətirib. 

Harri Keyn penalti zərbəsi ilə tarazlığı bərpa edib - 1:1.

90+1-ci dəqiqədə isə Olli Uotkins ingilisləri finala çıxaran qola imza atıb - 2:1.

Beləliklə, iyulun 14-ü saat 23.00-da AVRO-24-ün finalında İngiltərə ilə İspaniyanın oyununa şahidlik edəcəyik.

Fərid ASLAN

MİA.AZ