"Beşiktaş" amerikalı oyunçu Tayler Boyda bir milyon avrodan çox təzminat ödəyib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, buna səbəb oyunçunun 2022-ci ildə klub tərəfindən pozulan müqavilə öhdəliklərindən qaynaqlanan iddia ilə FİFA-ya şikayət etməsi olub.

"Beşiktaş" klubundan bildirilib ki, FIFA-nın Mübahisələrin Həlli Palatası (DRC) 12 mart 2024-cü il tarixində kluba sorğu göndərib: "Bundan sonra Tayler Boydla müqaviləyə xitamdan yaranan mübahisəli təzminatla bağlı yekun qərar verilib. Qərara əsasən, futbolçuya 956 min avro təzminat və 81.525 avro faiz də daxil olmaqla, cəmi 1.037.525 avro ödənilib. Bununla da şikayət həll edilmiş sayılır".

Fərid

MİA.AZ