"Azarkeşlərimizi erkən deyil, düzgün transferlə sevindirəcəyik".

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Okan Buruk deyib.

Onun sözlərinə görə, "Qalatasaraylı azarkeşlər digər komandaların azarkeşləri ilə müqayisədə ən az narahat olmalıdırlar: "İki mövsüm dalbadal çempionluq qazanan komanda var. Heyətimizin böyüklüyünü və oyunçu ehtiyatımızı nəzərə alsaq, ən səbirli "Qalatasaray" azarkeşləri olmalıdır. Transfer üçün çox çalışırıq, amma heç vaxt transfer etmək üçün futbolçu almamışıq. Deyə bilərəm ki, heç bir əskikliyimiz yoxdur. Ancaq yenə də hər ehtimala sağ cinah və orta sahəyə transfer düşünürük"

Fərid

MİA.AZ