"Trabzonspor"un "Hall Siti"dən heyətinə qatdığı Ozan Tufan TRT SPOR-a müsahibə verib.

Mia.az xəbər verir ki,  29 yaşlı futbolçu İngiltərədən ölkəyə dönüşü bə milli komanda haqda danışıb.

Onun sözlərinə görə, təxminən iki il əvvəl - “Fənərbağça”da oynayanda "Trabzonspor"un hazırkı baş məşqçisi Abdullah Avcı ilə telefonda danışıb: "O, məni bəyəndiyini, oyun sisteminə uyğun gəldiyimi dedi. Abdulla hoca taktikasına və sisteminə çox heyran olduğum birisidir. Həmin gün belə bir söhbət oldu, amma müqaviləm olduğu üçün keçidim alınmadı. Sonra "Hull City" macəram başladı. Gözəl vaxt idi. Və yenə Abdullah hoca zəng edərək dəvət elədi. Bu dəfə isə transferim alındı. Burda xoşbəxtəm"
 
Futbolçu daha sonra deyib: ''Karyeramda çoxlu səhvlərə yol verdim, onlardan dərs aldım və psixoloji cəhətdən daha güclü olmağa çalışdım".

Ozan Tufan milliyə dəvət gözlədiyini də etiraf edib: "Milli komandamızın finala çıxacağını düşünürdüm. Hollandiya matçına çox üzüldüm. Açığı, mlli komandaya dəvət gözləyirdim, heyətdə olmadığıma üzüldüm".

Fərid Aslan

MİA.AZ