Bakıda 9 saylı poliklinikada yanğın törədən şəxs saxlanılıb.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayılıb.

Bildirilib ki, 1984-cü il təvəllüdlü Rəhimov Rüfət polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Xatırladaq ki, adıçəkilən şəxs həkim otağına benzin tökərək yandırıb.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, bu gün təxminən saat 14:15 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 9 nömrəli Şəhər Poliklinikasında yanğın qeydə alınıb:

“Dərhal hadisə yerinə çağırış üzrə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və təcili tibbi yardım briqadası cəlb edilib.

Yanğın qısa müddət ərzində söndürülüb. Xəsarət alan yoxdur. 

Yanğını törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır”.