"Fənərbağça" AVRO-2024-də Türkiyə yığmasının heyətində həm vurduğu qollarla, həm də "Bozqurd" işarəsi ilə dünyanın gündəmindən düşməyən keçmiş oyunçusu Merih Dəmiralı geri gətirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı qəzetləri yazıb.

İddiaya görə, hazırda "Əl Əhli" komandasında çıxış edən Merih Dəmiralın "Fənərbağça"ya transfer olunmaq üzrədir: "Klub ona keçmiş komandası ilə transfer danışıqlarına icazə verib. Güman ki, çox yaxın müddətdə transfer rəsmiləşcək".

Ərəb mediası transfer dəyəri haqda informasiya verməyib.

Qeyd edək ki, 2013-cü ildə "Fənərbağça"nın alt qrupunda oynayan Merih superliqadakı əsas heyətə yüksəlmədən 2016-cı ildə Portuqaliyanın "AC Alcanense" komandasına pulsuz transfer olunub. O, buradan "Sportinq", "Sassuolo", "Yuventus" və "Atalanta" klublarına keçib. Merih Dəmiral ötən il 16,6 milyonluq transfer qarşılığında "Əl Əhli" klubu ilə anlaşıb. Türk futbolçu ərəb liqasında 21 matçda forma geyinərək 1 qol imza atıb.

Fərid aslan

MİA.AZ