"Fənərbağça"nın Braziliyanın "Qremio" komandasına icarəyə verdiyi hücumçu gözlənilməz qərar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Fənərbağça" ilə 2025-ci ilədək müqaviləsi olan və ötən il Braziliyanın "Qremio" komandasına icarəyə verilən Joao Pedro müqaviləsinin bitməsinə 1 ay qalmış öz istəyi ilə komandadan ayrılıb.

Məlumata gğrə, Brazilya komandası ilə anlaşmanı pozan kimi dərhal İstanbula dönən Pedro bu qərarı ilə baş məşqçi Joze Mourinyonu belə "pat" edib: "Təcrübəli məşqçi 32 yaşlı braziliyalı hücumçu barədə rəhbərliyin sualına "yoxlamamış nə deyə bilərik ki?! Ani gəliş oldu" deyib...".

Xatırladaq ki, Pedro “Qremio”nın forması ilə 45 matçda cəmi 3 qol vurub, 1 məhsuldar ötürmə edib. O, "Fənərbağça"da isə 28 matça 5 qol vurub, 1 məhsuldar ötürmə verib.

Fərid Aslan

MİA.AZ