Qabriel Paulista və Rafa Silvanı heyətinə qatan "Beşiktaş" daha bir səs-küylü transferə imza atmaq üzrədir.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, "Beşiktaş" artıq italyan mərkəz hücumçusu Çiro İmmobile və klubu "Latsio" ilə anlaşıb. 

Məlumata görə, 34 yaşlı italyan mərkəz hücumçusu yaxın günlərdə İstanbula gələcək: "O, İstanbul klubu ilə 2 illik müqavilə imzalayacaq".

Xatırladaq ki, ötən mövsüm "Latsio"nun heyətində 43 matça çıxan Çiro İmmobile 11 qol vurub, 1 məhsuldar ötürmə edib. 

Onun hazırkı klubu ilə 2026-cı ilə qədər müqaviləsi var.

Fərid

MİA.AZ