Azərbaycan Respublikasın Əməkdar müəllimi, Prezident təqaüdlü yazıçı-publisist Səxavət Tağlar Xankəndi Pedaqoji İnstitutunun məzunudur.

Tanıyanlar bilir ki, onun qəlbində Şuşa-Xankəndi və ümumən Qarabağ sevgisi tükənməzdir. Hələ işğal illərində bir ziyalı, bir qələm insanı kimi onun düşüncələri, arzu və istəkləri mətbuatda, eləcə də yazdığı kitablarda öz əksini tapıb.

 Şükür Ulu Tanrıya, Milli Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ müharibəsini mərhələli şəkildə tam qələbə ilə başa vurdu. Təbii ki, hamı kimi Səxavət müəllim də bu möhtəşəm zəfərin tükənməz sevincini yaşayır.

"Heydər Əliyev Fondunun dəstəyi ilə 3 gün Şuşada oldum. Bütün varlığımla hər qarış torpağına, daşına sarıldım. Sevgim-istəyim yerə göyə sığmadı"- deyir, Səxavət müəllim!

 Allah Vətən aşiqi olan Şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə cansağlığı arzulayırıq!

Əməkdar müəllimin arzusu Xankəndi şəhərində olub, oradan gedən quruculuq işlərini izləyib, vaxtıilə təhsil aldığı Pedaqoji İnstitutun bazasında yaranmış Qarabağ Universitetini ziyarət etməkdir.  Elə bu məqsədlə də sosial mediada Xankəndi yeniliklərini böyük sevgi ilə izləyib, rəy yerində öz təəssüratlarını yazır. Həmin rəylərin birində erməni dığası Syoma Orduyan Səxavət Tağlara lənət diləyib.

Görəsən aydın həqiqətləri qaranlıq görən bu erməni dığası niyə layiq olduqları sözü bizim qəlbi-ruhu Qarabağ sevgili ziyalımıza ünvanlayıb?! 

Xankəndi bizimdir və həmişə də bizim olacaq!

Tahir

MİA.AZ