AVRO-2024-dəki çıxışı ilə diqqəti daha da cəlb edən Türkiyə millisinin futbolçusu Ferdi Kadıoğlunun satış qiyməti yüksəlib.
Mia.az-ın Türkiyə mətuatına istinadla verdiyi məlumatına görə, Hollandiya matçındakı çıxışından sonra o, turnirin ən bahalı oyunçuları sırasına adını yazdırıb.
Məlumata görə, fürsəti əldən buraxmayan "Fənərbağça" klubu Ferdi Kadıoğlunun satış qiymətini müəyənləşdirib - 40 milyon avro.
Xəbərdə deyilir ki, 24 yaşlı müdafiəçi ilə Birrusiya Dortmund" çox yaxındna maraqlanır: "Lakin "Fənərbağça"nın birdən birə qiyməti 40 milyon avroya qaldırması alman klubunu duruxdurub. Hazırda almanlar qiyməti aşağı endirməyə çalışırlar".
Yeri gəlmişkən, Ferdi Kadıoğlu ilə “Arsenal” və “Bayer Leverkuzen” də çox yaxından maraqlanırlar.
Fərid Aslan
MİA.AZ