Bu gün Sabirabad, Hacıqabul və Ağsu rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax I xətt" yüksək təzyiqli magistral qaz kəmərinə yeni çəkilmiş yüksək təzyiqli qol kəmərinin birləşdirilməsi ilə bağlı iyulun 8-də saat 08:00-dan etibarən işlər başa çatanadək “Qarasu əhali” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir müddətində Sabirabad rayonunun (16 kənd və 35 qeyri-yaşayış sahəsinin) bir hissəsinin Hacıqabul rayonunun (10 kənd, 2 qəsəbə və 28 qeyri-yaşayış sahəsi) bir hissəsinin və Ağsu rayonu üzrə Padarqışlaq kəndinin qaz təchizatında məhdudiyyətin yaranması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.