Bu gün AVRO-2024-ün 1/4 finalında Türkiyə yığması Niderlandla qarşılaşmadan məğlub ayrılıb.

Mia.az xəbər verir ki, oyunun 35-ci dəqiqəsində müdafiəçi Samet Akaydın başla gözəl zərbə ilə hesabı açıb.

Bundan sonra hollandlar təzyiqi artıırb.

Nəhayət, Stefan De Vray 70-ci dəqiqədə hesaba tarazlıq gətirib - 1:1.

Bu qoldan 6 dəqiqə sonra Niderland yığmasının üzvü Kodi Qakpo fərqi artırıb - 1:2.

Beləliklə, oyun bu hesabla bitib.

Türkiyə yığması bununla da yarışla vidalaşıb. Niderland millisi isə 1/2 finalda İngiltərə ilə qarşılaşacaq.

Fərid

MİA.AZ