UEFA Avstriya ilə matçda qol atdıqdan sonra əli ilə boz qurd işarəsi göstərən Türkiyə milli komandasının futbolçusu Merih Dəmiralı cəzalandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, UEFA ona iki oyunluq cəza kəsib.

Türkiyə Futbol Federasiyası (TFF)  bu cəzaya etiraz olaraq UEFA-ya müdafiə müraciəti göndərib. Məktıbda cəzanın ləğvi istənilib.

Federasiyanın məlumata görə, 30 səhifəlik məktubda daha əvvəl yaşanmış bir çox nümunəyə yer verilmiş və boz qurd işarəsinin Anadolu, Orta Asiya və dünyanın bir çox yerində türk mənşəli insanların 1000 illik simvolu olduğu vurğulanıb.

UEFA-nın araşdırma ilə bağlı qərarını gün ərzində verəcəyi gözlənilir.

Xatırladaq ki, dünən Almaniyanın "Bild" qəzeti UEFA Merih Dəmiralı iki oyunluq cəzalandırması haqda xəbər yaysa da, TFF bunu təkzib eləmişdi. Ancaq indi aydın olur ki, alman nəşri doğru xəbər yayıbmış...

Fərid Aslan

MİA.AZ