Yanvar ayında "Nitsa"ya icarəyə verilən "Beşiktaş"ın fransız futbolçusu Valentin Rozye yeni mövsümdən İspaniyada top qovacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Rozier İspaniyanın "Leqanes" klubu ilə anlaşıb.

Məlumata görə, "əcnəbi kvotası" səbəbindən İstanbul klubu onun transferindən pul almayıb: ""Beşiktaş" fransız futbolçunun pul almadan transferinə yol açıb".

Xatırladaq ki, fransız futbolçu "Nitsa"da cəmi 3 matçda 50 dəqiqə oynamışdı.

Rozyenin "Beşiktaş"la daha 1 illik müqaviləsi var idi.

Fərid

MİA.AZ