Türkiyə millisinin italyan baş məşçqisii Vinçenzo Montella İtaliyanın məşhur “Corriere dello Sport” məşrinə müsahibə verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, müsahibədə 50 yaşlı italiyalı məşqçisi Türkiyənin AVRO-2024-dəki oyunları haqda sualları cavablandırıb.
Montella bildirib ki, türk azarkeşlərini sevindirmək onu hədsiz qürurlandırır: "Bu, həm də məni özünə aşiq edən bir ölkə qarşısında hiss etdiyim bir məsuliyyətdir. Mənim kimi oyunçular da eyni məsuliyyəti hiss edirlər. O səbəbdən Avstriyanı məğlub edə bildik. Əslində, Avstriyanı məğlub edən türkün coşqulu ürəyi idi".
Mart ayında Avstriyanın yoldaşlıq görüşündə onlara 6-1 hesabı ilə uduzmaları barədə suala cavab verən Montella deyib ki, bu oyun intiqam oynu olmayıb: "Ancaq onu deyə bilərəm ki, bu matça xüsusi önəm verdim. Bu, Avstriyadan oyun intiqamı deyildi, anacq bu, özümlə bağlı xüsusi əhəmiyyəıt daşıyan revanş idi. Çünki o böyük hesablı məğlubiyyətin ləkəsi mənim peşəkar karyeram üçün ağır idi".
Arda Gülər və Kənan Yıldız haqda danışan məşqçi onları mükəmməl oyunçular adlandıırb.
AVRO-2024-ün 1/4 finalında qarşılaşacaqları Niderland yığması ahqda da suala cavab verən Montellanın sözlərinə görə, artıq Avstriya oyununu unudub, bu oyunu düşünürlər: "Niderland təbii ki, çətin rəqibdir. Ancaq Avropa çempionatının demək olar ki, bütün oyunlarıda nəticəini əvvəldən müəyəyn etmək mümkünsüz olub. Düşünürəm ki, növbəti matç da belə olacaq. Futbolda hər şey mümkündür. Niderlandla oyunda çox diqqətli molmalıyıq. Gərgin atmosferdən çıxmalıyıq".
Fərid
MİA.AZ