Xəbər verildiyi kimi, "İri Şəhərlərin Birləşmiş Su Təchizatı" Publik Hüquqi Şəxsin ("Azərsu") mətbuat katib Anar Cəbrayıllı vəzifədən azad edilib.

Mia.az xəbər verir ki, onun yerinə Mətbuat Şurası İdarə Heyətinin üzvü, tanınmış jurnalist Ceyhun  Musaoğlu təyinat alıb.

Mia.az-ın əldə etdiyi məlumata görə, adıçəkilən qurumda dəyişiklik bununla kifayətlənməyib.

Məlumata görə, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Anar Cəbrayıllı ilə yanaşı, daha bir neçə vəzifəli şəxsi oradan uzaqlaşdırıb: "Onlardan biri də “Azərsu” ASC-nin İşlər idarəsinin rəisi Möhsün Quliyevdir...",

Digər dəyişikliklərlə bağlı dəqiqləşdirmələrimiz gedir.

Samir MUSAYEV

MİA.AZ