Bir vaxtlar Super Liqada - “Fənərbağça”nın heyətində çıxış edən və avqustun 17-də 44 yaşı tamam olacaq ispaniyalı hücumçu Daniel Güiza aktiv futbolu buraxmaq niyyətində deyil.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ispan hücumçu bu dəfə İspaniya 3-cü Liqa komandalarından olan "UD Rotena" ilə müqavilə imzalayıb.
Məlumata görə, o, yeni klubu ilə bir illik müqaviləyə imza atıb.
Klub bu tarnsferlə bağlı açıqlama yayıb: "Güiza komandanın hücum xəttini gücləndirmək üçün gəldi. O, komandamızı öz təcrübəsi və hədəfləri ilə dəstəkləyəcək. Yeni evinə xoş gəldin, Daniel!"
Xatırladaq ki, futbolçu karyerasında indiyədək 17 komandada forma geyinən Güiza 2011-ci ilin yayında “Fənərbağça”dan İspaniyanın “Xetafe” komandasına transfer olunub, daha sonra Malayziya və Paraqvay komandalarında forma geyinib.
Lamiyə Əhmədli
MİA.AZ