TRT SPOR-a danışan Niderland yığmasının Komandasının futbolçusu Vout Veqhorst maraqlı açıqlamalar verib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təcrübəli hücumçu: "Yenidən Türkiyəyə və Beşiktaşa gəlmək istəyirsən?" sualı ilə yanaşı, AVRO-2024-ün 1/4 finalında üz-üzə gələcək Türkiyə-Hollandiya oyunu haqda sualları cavablandırıb.

Bir müddət “Beşiktaş”da da çıxış edən 31 yaşlı hollandiyalı mərkəz hücumçusu bildirib ki, Berlində Niderlandla Türkiyə arasında çox maraqlı oyun olacaq: "Şəxsən mənim üçün Türkiyə matçı duyğusal olacaq. Hər iki komandanın azarkeşləri son dərəcə çılğındır. Berlində çılğın bir atmosfer olacaq. Bunu dəqiq bilirəm"

"Yenidən Türkiyəyə və "Beşiktaş"a gəlmək istəyirsən?", - sualına təcrübəli hücumçusu belə cavab verib: "Türkiyədə gördüyüm sevgi inanılmaz idi. İnsanlar Türkiyədə futbolu ürəkləri ilə hiss edirlər. Türkiyədə inanılmaz əla vaxt keçirdim və "Mançester Yunayted"dən təklif aldım. Buna "yox" deyə bilmədim. Mən "Beşiktaş"ın mənə bu şansı verdiyi üçün çox xoşbəxtəm. "Beşiktaş" və Türkiyə haqqında hər zaman düşünə bilərəm. Gələcəkdə nə olacağını indidən bilmək olmaz...".

Samir Musayev

MİA.AZ