Türkiyə millisinin heyətində Avstriya ilə oyunda göstərdiyi performans "Fənərbağça"nın futbolçusu İsmail Yüksekə diqqəti artırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, artıq Avropanın nəhəng klublarının radarına düşüb.
İddiaya görə, AVRO-2024-də meydana çıxdığı 3 oyunda göstərdiyi üstün oyundan sonra İngiltərə Premyer Liqası, Bundesliqa və İtaliya A Seriyasından "Fənərbağça"nın qapısını döyənlər olub: "Nəhəng liqaların bir çox klubları İstanbul klubundan İsmail Yükseklə bağlı fikir öyərniblər. Mümkündür ki, yaxın həftələrdə onunla bağlı azı 4 klub "Fənərbağça"ya rəsmi təklif göndərəcək".
Fərid
MİA.AZ