UEFA Avstriya ilə matçda qol vurduqdan sonra "Bozqurd" işarəsi qoyan Türkiyə milli futbolçu Merih Dəmirala qarşı iş açıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, UEFA onu "uyğun olmayan davranış"da ittiham edib.
Bu barədə UEFA belə açıqlama yayıb: “2024-cü il UEFA Avropa Çempionatının 1/8 final mərhələsinin 2 iyul 2024-cü il tarixində Almaniyanın Leypsiq şəhərində oynanılan Avstriya-Türkiyə matçı ilə bağlı türk futbolçu Merih Dəmiralın qeyri-adekvat davranışı səbəbilə UEFA-nın İntizam Qaydalarının 31(4) maddəsinə uyğun ointizam işi başlayıb. Yaxın günlərdə daha ətraflı məlumat veriləcək".
Merih Dəmiral isə bildirib ki, bu işarəti tribunalarda azarkeşlər verib: "Biz türklər, türk olduğum üçün qürur duyuram, buna görə də qol bayramını belə qeyd etdim. Bu, çox normaldır, türk azarkeşlərimiz də bizimlə fəxr edirlər".
Almaniyanın “Bild” qəzeti isə bir qədər də irəli gedərək "Bozqurd işarəsi ilə gündəmə gələn Merih Dəmiral haqda "Faşist Qurd salamı” başlığı altında ittham edib.
Fərid
MİA.AZ