“Biz zehni və fiziki enerjimizi toplayıb, yolumuza davam edəcəyik”.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyə millisinin italuyan baş məşqçisi Vinçenzo Montella Avstriya üzərində 2:1 hesablı qələbədən sonra jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, bu komanda ruhunu ilk dəfə Xorvatiya ilə səfər matçında görüb: "Futbolçularımız üçün çox sevinirəm. Komandanın ruhunda kiçik axsamalar zaman-zaman olub. Amma bu matçla yenə o ruhu aldıq və 2008-ci ildəki o komanda ruhunu haqladıq. Bu oyunun son dəqiqəsinə kimi komanda ruhunu əks etdirdik. Bu, bizim üçün çox əhəmiyyətlidir, çox sevincliyik. Biz hər zaman Prezidentimiz Ərdoğanın dəstəyini gördük. Hər dəfə bizə dəstəyini göndərir. Bu gün biz bir daha çox fəxr edirik. Çünki bilirik ki, bizim ilk dəstəkçimiz Prezidentimizdir".

Montellanın sözlərinə görə, addım-addım irəliləyirlər: "Növbəti rəqibimiz Hollandiyadır. "Aslanlar kimi mübarizə aparan komandamız var. Biz zehni və fiziki enerjimizi toplayıb, yolumuza davam edəcəyik”.

Fərid ASLAN

MİA.AZ