Sosial mediada təxribat xarakterli paylaşım edən türkiyəli baş redaktor saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, uzun müddət ATV kanalında işləmiş, hazırda isə "Aykırı" xəbər saytının baş redaktoru olan Batuhan Çolak saytın sosial media hesabında "Suriyadan mübahisəli görüntülər. Türk əsgərlərinə ÖSO (Türkiyənin qurduğu və ölkıə başçısı Bəşər Əsədə müxaliflərdən ibarətə olan Azad Suriya Ordusu nəzərdə tutulur - Mia.az) bayrağını öpdürdülər!" təxribat xarakterli yalan mesajına görə qandallanıb.
Məlumata görə, o, bu məlumat "Aykırı@aykiricomtr" profili altında paylaşıb: "İstintaq həmin profilin Batuhan Çolakaa məxsusluğunu aydınlaşdıran kimi onu saxlayıb. Baş redaktor xalq arasında kin və nifrəti qızışdırmaqda ittiham olunur".
Qeyd edək ki, Batuhan Çolak bundan xeyli əvvəl də suriyalı qaçqınlara qarşı yazılarına görə qısamüddətli həbs xəzasəna məhkum olunub.
Batuhan Çolak 1986-cı ildə İstanbulda anadan olub. 2009-cu ildə Qazi Universitetinin Jurnalistika fakültəsini bitirib. 2010-cu ildə ATV kanalının Ankara Xəbər Mərkəzində redaktor kimi peşəkar jurnalistika karyerasına başlayıb. 2006-cı ildə "Haberdokuz" onlayn xəbər saytını qurub, 2014-cü ilə qədər bu saytı idarə edib. Onun “Universitetlər terrorun məngənəsində” kitabı 2013-cü ildə nəşr olunub. Bu kitabda o, Türkiyədəki universitetlərdə baş verən terror problemlərindən bəhs edib və universitetlərdə fəaliyyət göstərən fərqli marjinal qrupları araşdırıb.
2016-cı ildə “Yeniçağ” qəzetində köşə yazarı kimi fəaliyyətə başlayıb, daha sonra qəzetə məxsus saytın baş redaktoru vəzifəsində çalışıb. 2020-ci ilin mart ayında “Yeniçağ” qəzeti tərəfindən işdən çıxarılıb. O, elə həmin ilin aprel ayında "Aykırı" xəbər saytını qurub.
Firudin Səfərli
MİA.AZ