Rusiya məhkəməsi daha bir sosial media platformasını cəzalandırıb.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Agentliyinin (Roskomnadzor) "Twitch"ə qarşı qaldırdığı iddiaya Moskvanın Taqanski Məhkəməsində baxılıb.

Məlumata görə, məhkəmə Rusiyada qadağan olunmuş materialları yayan "Twitch"in 1 milyon rubl (təxminən 12 min dollar) cərimələyib: "Məhkəmə bununla yanaşı, platformaya belə halların təkrarlanmaması ilə bağlı xəbərdarlıq edib".

Lamiyə 

MİA.AZ