“Kristal Abşeron”un Abşeron rayonunda inşa etdiyi “Kristal Abşeron -” şəhərciyində sakinlər etiraz üçün təşkilatlanıblar.
Bu barədə AFN.az-a şəhərciyin sakinləri məlumat veriblər. Bildirilir ki, “Kristal Abşeron” şirkətinin qoyduğu qaydalar artıq insan hüquqlarını tapdamaqdır.
Şəhərciyin sakinləri idarəçilərin onlardan ancaq pul “qoparmaq” haqda düşündüklərini, əvəzində heç bir şərait yaratmadıqlarını deyirlər: “Sanki biz burda ev almamışıq, gəlmişik ki, şirkətə xeyir verək. Ən müxtəlif yollarla bizdən pul “dərirlər”. Gah zibil pulunu artırırlar, gah lif pulunu, gah dayanacağın ödənişini artırırlar. Halbuki heç biri üzrə də normal xidmət ala bilmirik. Təsəvvür edin, biz binamızın altında (zirzəmidə) yaradılan parkinqə maşın salmaq üçün başqa binanın altından giriş etməliyik. Həyətdə bir addımlıq boş yer qalmayıb, uşaqların oyun meydançasını belə “qamarlayıblar”.
Şikayətçilər bildirirlər ki, səbir kasalarının dolmasına səbəb olan sonuncu damla parkinqin 30 manatdan 50 manata qaldırılması olub. Buna qədər isə bir çox məsələlərlə bağlı verilən qərarlar onları qane etməyib, idarəçilərə müraciətlər ediblər, amma nəticəsiz qalıb. Bu dəfə təşkilatlanmağı qərara alıblar. Artıq 100-dən çox sakinin imzası toplanıb: “İlk öncə “Kristal Abşeron”un icraçı direktoru Məhayət Nəbiyevə müraciət ünvanlayacağıq. Qısa müddət ərzində müraciətimizə baxılmasa, ölkə rəhbərliyinə müraciət ünvanlayacağıq. Sonrakı tədbirlərimiz isə aksiyalar təşkil etmək olacaq. Bunlar da nəticə verməsə, məhkəmələrə üz tutacağıq. Artıq bu istiqamətdə vəkillərlə məsləhətləşmələr aparırıq”.
Sakinlər qeyd ediblər ki, özlərinin idarəetmə qurumlarını yaratmaq imkanından da məhrum edilirlər: “Bina təhvil verilmir, çıxarışlarımızı ala bilmirik. Amma bununla bağlı da müzakirələrimiz oldu və artıq bu istiqamətdə də işlərə başlayacağıq. Qanunların verdiyi imkanları tikinti şirkəti əlimizdən alıb, imkan vermirlər ki, öz təşkilatımızı yaradaq, problemlərimizi özümüz həll edək.
Həm bizdən bir yandan pul yığırlar, həm problem içində yaşadırlar. Bunlardan ev almaqla özümüzü böyük bir bəlaya salmışıq, insanlara məsləhətimiz budur ki, pulsuz da versələr “Kristal Abşeron”un binalarından ev almasınlar!”
“Kristal Abşeron”un sakinləri etiraza başlayıblar
DİGƏR XƏBƏRLƏR
2024-11-28 00:03
2024-11-27 18:03
2024-11-27 12:29
2024-11-27 12:05
2024-11-27 11:49
2024-11-27 10:37
2024-11-27 09:12