Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
Bəs, baş redaktorlardan kimlər qarşıdakı seçkilərə namizəd kimi qatılacaq?
Mia.az xəbər verir ki, Bakupost.az -ın əməkdaşı bu sualla qəzet və sayt baş redaktorları arasında sorğu keçirib.
Mətbuat Şurasının sədri Rəşad Məcid hələlik bu barədə fikirləşmədiyini bildirib: “Hələ ki seçkilərdə iştirakla bağlı qərarım yoxdur”.
Sabiq deputat, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov seçkilərdə iştirak etməyəcəyini bildirib: “Başım o qədər qarışıqdı, seçkiyə qatılmaq heç yadıma da düşmür”.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu suala münasibət bildirmək istəmədiyini deyib.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də parlament seçkilərində iştirak etməyəcəyini deyib: “Hələlik belə bir fikrim yoxdur”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı da seçkilərdə iştirak etməyəcəyini deyib.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də suala cavab verməkdən imtina edib: “Seçki ilə bağlı heç bir açıqlama vermək istəmirəm”.