Türkiyə əsgərləri tərəfindən terrordan təmizlənən Suriyanın şimalındakı Afrin və digər bölıgələrdə türk maşınları, bayraqları və hərbçilərinə qarşı təxribatlara başlayan bir qrup suriyalı ilə bağlı qardaş ölkənin kəşfiyyatı hərəkətlənib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatı Kayisderidə 5 yaşlı qız uşağına təcavüz edən suriyalıya qaşrı sərt davranışı guya əsas tutan bir qrup suriyalının Afrin  və digər bölgələrdə xidmət edən türk hərbçilərinə, ora mal aparıb-gətirən sürücülərə və bayraqlara qarşı təxribatlarını araşdırmağa başlayıb: "Kəşfiyyat Suriyadakı vəziyyətə nəzarət etmək, əmin-amanlıq və təhlükəsizliyi təmin etmək üçün sahədə intensiv iş aparır. Və hər sırdalıqla bağlı prezident Ərdoğanı məlumatlandırır...".

Məlumata görə, hazırda Suriyadakı türk birlkləri tətikdə gözləyirlər: "Fərat qalxanı" və "Zeytin budağı" əməliyyat bölgələrində vəziyyət nəzaərt altındadır".

Firudin Səfərli

MİA.AZ