Xəbər verildiyi kimi, dünən "Qalatasaray" "Fənərbağça" ilə müqaviləsi başa çatmış belçikalı hücumçu Mişi Batşuayi ilə 3 illik müqavilə imzalayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray" bu transfer xəbərini quruluş tarixinə uyğun saatda - 19.05-də açıqlayıb.
Bu gün isə İstanbul klubunun Mişi Batşuayiyə ödəyəcəyi imza pulıu və maaşı haqda qardaş ölkə mətbuatı yazıb.
Bəlii olub ki, "Qalatasaray" 30 yaşlı belçikalı hücumçuya 3 dəfəyə ödənilməklə 3 milyon avro birdəfəlik imza pulu ilə yanaşı, hər il üçün 3 milyon avro sabit maaş verəcək.
Xatırladaq ki, son iki mövsüm “Fənərbaxça”nın uğurları üçün çox çalışan 30 yaşlı futbolçu sarı-göylü forma ilə 75 matçda 44 qol vurub, 5 məhsuldar ötürmə edib.
Onu da qeyd eədk ki, superliqa karyerasına “Beşiktaş”la başlayan futbolçu daha sonra “Fənərbaxça”ya transfer olunub. Beləliklə, Batshuayi"Beşiktaş", “Fənərbağça” və “Qalatasaray”da çıxış edən ilk əcnəbi futbolçu ümvanına da sahiblənib.
Fərid Aslan
MİA.AZ