Bu gün AVRO-2024-də Portuqaliya millisi Sloveniya yığması ilə gərgin mübarizədən qalib ayrılıb.
Mia.az xəbər verir ki, oyunun əsas və əlavə olunan 30 dəqiqəlik vaxtında qapılara qol vurulmayıb.
Beləliklə, 0:0 hesabı ilə matçda qalib penaltilərlə müəyyən olunub.
Penaltilər seriaysında ilk 3 qolu qapçı tərəfindən qaytarılan slovenlər evlərinə məyus dönüblər.
Portuqliya yığması isə ilk üç zərbənin hər birinin qola çevirməklə 3-0 qalib gələrək, adənı 1/4 finala yazdırıb.
Xatırladaq ki, oyunun 105-ci dəqiqədə slovenlərin qapısına təyin olunan penaltini Kriştianu Ronaldu vura bilməyib. Bu səbəbdən o, meydanda ağlayıb.
Lakin sonda təyin olunan penalti seriyasında ilk zərbəni o, dəqiq yerinə yetirməklə "günahını yuyub".
Onu da qeyd edək ki, 1/4 finalda bu komandanın rəqibi Fransa olacaq.
Fərid Aslan
MİA.AZ