Bu gün Bakı vaxtilə saat 23.00-da AVRO-2024-ün 1/8 finalında Türkiyə ilə qarşılaşacaq Avstriyanın baş məşqçisi Ralf Rangnik ehtiyatlı açıqlamalar verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, futbolçular Kristof Baumqartner və Nikolas Seyvald ilə matçın keçiriləcəyi Leypsiq stadionunda mətbuat konfransına məşqçi və idman direktoru olduğu Leypsiqdə Avstriyanın başında meydanda olmaqdan xoşbəxt olduğunu gizlətməyib: "Əgər bunu mənə əvvəldən desəydilər, təəccüblənərdim. Amma indi bu, gerçəkdir. Burada azarkeşlərimiz qarşısında oynamaq daha zövqlü olacaq. İnanıram ki, avstriyalı azarkeşlərlə birgə "Leypsiq" azarkeşləri stadionda bizi dəstəkləyəcək".
Alman əsilli məşqçinin sözlərinə görə, yoldaşlıq görüşündə Türkiyəni 6:1 hesabı ilə məğlub etmələri bu oyun üçün sas ola bilməz: "Hazırlıq mərhələsi bizim üçün çox vacib proses deyildi, o matçın bu oyuna təsiri olmayacaq. Türkiyə yığmasının gücünü bilirik. Biz bu oyunu qazanmağın yolunu axtarmağa çalışacağıq. Bizim favorit göstərilməyimiz üstünlüyümüz deyil. Avstriya son 35 ildə yoldaşlıq oyunu olmayan matçlarda Türkiyəni məğlub edə bilməyib. Türkiyə bu oyuna çox ciddi hazırlaşıb...”.
Rangnik Türkiyənin Çexiya ilə oyunu haqda da sualları cavablandırıb: "Əlbəttə ki, matça baxdıq. Məncə, Çexiya yaxşı oynadı. Matçın əvvəlində alınan qırmız karta qədər çox müıəmməl idilər. Ümumiyyətlə, Türkiyə duyğulu, güclü duyğuları olan bir komandadır. Ona görə akrtların sayı çox oldu..."
Fərid
MİA.AZ