İngiltərə yığmasıın Slovakiyaya 2-1 qalib gəldiyi matçın 90+5-ci dəqiqəsində bərabərlik qolunu vuran Jude Bellinqhemin başı dərdə girib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, UEFA qoldan sonra rəqib oyunçulara qarşı cinsiyyət orqanını göstərən futbolçu haqda araşdırmaya başlayıb.
UEFA-dan verilən açıqlamaya görə, Bellinqhem etik davranış qaydalarını pozub: "Bu səbəbdən barəsində iş açılıb".
Xatırladaq ki, həmin oyundan sonra bu həərkəti barədə açıqlama yayan futbolçu bu hərəkətinin rəqibə qarşı olmadığını iddia edib: "Matça gələn bəzi yaxın dostlarıma qarşı etdiyim zarafat idi. Slovakiya komandasına əla oyuna görə hörmət edirəm...".
Fərid Aslan
MİA.AZ