"Nar-ın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət departamentinin direktoru vəzifəsinə təyin olunmağım xəbərini sizinlə bölüşmək istərdim".
Mia.az xəbər verir ki, bu məlumatı Hökumə Kərimova sosial media səhifəsində yazıb.
O daha sonra qeyd edib: "Ümid edirəm ki, şirkətin uğurla davam edən kommunikasiya strategiyasına öz töhfələrimi verəcəyəm. Bu yeni mərhələdə bilik və təcrübəmə arxalanaraq istedadlı komandamız və dəyərli tərəfdaşlarımızla əməkdaşlığı səbirsizliklə gözləyirəm".