"Beşiktaş"la müqaviləsi başa çatan təcrübəli sol cinah müdafiəçisi Umut Meraş klubdan ayrılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

O, 3 mövsüm komandada tər tökməsinə görə xoşbəxt olduğunu deyib və klub rəhbərliyinə, xüsusilə azarkeşlərə təşəkkür edib: "Sizi heç vaxt untmayacağam".

Türkiyə mediası yazır ki, "Beşiktaş"dan ayrılan Umut Meraş Arda Turanın baş məşqçisi olduğu "Eyüpspor"la danışıqlar aparır: "Təcrübəli futbolçunun qısa müddətdə İstanbul təmsilçisi ilə müqavilə imzalaması gözlənilir".

Xatırladaq ki, 2021-ci ildə cəmi 1,5 milyon avroya "Beşiktaş"a transfer edilən Umut bu müddətdə 60 dəfə forma geyinib. 28 yaşlı futbolçu 1 Türkiyə Kuboku və 1 Super Kubok sevinci yaşayıb.

Fərid

MİA.AZ