Rusiyanın Yakutiya vilayətində meşə yanğınları başlayıb.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, ölkənin Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, Yakutiyada 331 min hektar sahədə yanğın çıxıb: "Əraziyə 107 yanğın söndürən, 1500 canlı qüvvə, digər texnikalar və helikopterlər göndərilib. Hazırda bölgədə fövqəladə vəziyyət elan edilib".

Lamiyə Əhmədli

MİA.AZ