Portuqaliya mətbuatı "Beşiktaş"ın transfer gündəmində olan Anxel Di Marianın transferi üçün ona etdiyi təklifin detallarını yazıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Portuqaliyanın "A Bola" qəzetinin məlumatına görə, İstanbul klubu ilə Di Marianın transferi ilə bağlı klubu "Benfika"la anlaşmaq üzrədir: "Əsas məsələ isə futbolçunun fikridir...".
İddiaya görə, İstanbul klubunun vitse-prezidenti Hüseyn Yücel argentinalı futbolçu ilə görüşüb: "Görüşdə ona 1 illik müqavilə, illik 5 milyon avro sabit maaş və 2,5 milyon avro isə birdəfəlik imza pulu təklif olunub. Di Maria düşünmək üçün vaxt istəyib...".
Məlumatda o da deyilir ki, argentinalı futbolçu hazırkı komandasında qalmaq niyyətindədir: "O, "benfika" ilə daha bir il anlaşmaq istəyir. Klub rəhbəri ona "Əgər İstanbul klubuna getmək istəməsən, komandada yerin həməşəki kimi var" deyib...".
Fərid
MİA.AZ