Astarada güllələnmə olub, bir nəfər ölüb.
Məlumata görə, hadisə Şüvi kəndində baş verib.
Belə ki, kənd sakini 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətlə yetirib. Sonra o, özünü öldürmək məqsədi ilə baş nahiyəsindən atəş açıb.
B.İsrafilov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir(Report).
Faktla bağlı araşdırma aparılır