"Fənərbaxça" bir müddətdir gündəmdə olan və baş məşqçi Joze Mourinyonun transfer siyahısının başında duran Lazar Samardziç üçün klubu "Udineze"yə rəsmi təklif göndərib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İtaliya komandası 22 yaşlı serbiyalı futbolçu üçün təklifə müsbət yanaşsa da, futbolçu düşünmək üçün zaman istəyib.

Türkiyə mətbuatı yazır ki, Lazar Samardziçi "Fənərbağça"dan başqa 7 klub transfer eləmək istəyir: "Məhz bu nüans onu daha yaxşı klub üçün seçim qarşısında qoyur. Yəqin ki, yaxın 10 gündə məsələ aydınlaşacaq"

Xatırladaq ki, ötən mövsüm "Udineze" ilə 34 oyuna çıxan Samardziç 6 qol vurub, 2 məhsuldar ötürmə edib. 

Lazar Samarjiç AVRO-2024-də Serbiya yığmasının heyətində 2 oyunda iştirak edib.

Fərid ASLAN

MİA.AZ