Kosovo hökuməti kibertəhlükəsizliyi artırmaq məqsədiylə "TikTok"la baöğlı sərt qərar qəbul edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə hökumətin bugünki iclasında qərər qəbul olunub.
Qərara əsasən, bundan sonra TikTok-un dövlət qurumlarında istifadəsi mümkün olmayacaq: "Kosovo hökumətinin bugünkü iclasında TikTok-un bütün dövlət qurumlarında qadağan edilməsinə yekdilliklə səs verilib".
Daxili işlər nazirinin müavini Bardhyl Dobra bunu ölkənin kiber təhlükəsizliyi ilə əlaqələndirib.
Samir Musayev
MİA.AZ