Türkiyə ordusunun generalı Ankarada həbs edilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, az əvvəl xidməti maşını ilə surayılıları Türkiyə keçirməkdə ittiham olunaraq vəzifəsindən azad olunan keçmiş briqada generalı Bilal Çokay öətn gün Ankarada saxlanılıb.
Məlumata görə, o, xidməti maşını ilə insan qaçaqçılığı ilə məşğul olub: "General Çokay bir çox suriyalı və iraqlını xidməti maşını ilə təhlükəsiz şəkildə ölkə ərazisinə keçirməkdə ittiham olunduğundan o, əvvəlcə vəzifədən azad edilib. Lakin ötən gün Ankarada prokurorluğun sanksiyası ilə qandallanaraq Şanlıurfaya aparılıb. Şanlıurfa məhkəməsi isə general Bilal Çokayı insan qaçaqçılığında ittiham edərək, haqqında həbs tədbiri seçib".
Ölkənin Müdafiə Nazirliyi faktı təsdiqləyib.
Zülfiyyə
MİA.AZ