Vaxtilə Türkiyə superliqasında çıxış edən, hazırda isə TFF 2-ci Liqasına yuvarlanan "Giresunspor" tarixinin ağır günlərini yaşayır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq FİFA kluba 2 mövsümlük transfer qadağası tətbiq edib.
Bu barədə Klubun saytında verilən açıqlamaya görə, buna səbəb vaxtilə komandada top qovan da Brandley Kuvasın maaşının bu günədək ödənməməsi olub: "Futbolçu bununla bağlı FİFA-ya şikayət eidb. FİFA Kuvas ilə yanaşı, daha 3 futbolçunun iddiası əsasında belə qərar qəbul edb".
Fərid
MİA.AZ