Uzun müddətdir sevgili olan aktyor Tolqa Sarıtaş və modelyer Zeynep Mayruk ailə qurublar.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, cütlük ötən gün Çeşmədə nikaha giriblər.
Baş rol aldığı serialdakı uğurlu performansı ilə adından söz etdirən yaraşıqlı aktyor Tolqa Sarıtaş gələn qonaqları salamlayaraq çox xoşbəxt olduğunu deyib.
Mərasimə Engin Akyürek, Sarp Akkaya - Sinem Akkaya, Özgür Çevik - Hatice Kartoğlu, Alina Boz - Umut Evirgen, Melis Birkan - Aras Aydın, Hatice Şendil - Burak Sağyaşar, Banu Savcı - Timur Savcı, İnci Gündoğdu - Ali Gündoğdu, Yağız Alp cütlüyünə qatılıb. Toy mərasiminə Akaydın və Hanzade Durmuş kimi məşhurlar da qatılıblar.
Toy mərasimində Tolqa Sarıtaşın nikah şahidləri Ömer Durak, Genco Özak və Sedat Demirtopuz, Zeynep Mayrukun şahidləri isə Selin Sarper, Begüm Ertuğrul və Berçin Mayruk olublar.
Ləman
MİA.AZ