Türkiyə millisinin və "fənərbağça"nın ulduzu Ferdi Kadıoğlu Avropanın 5 böyük liqasından radarına düşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ferdi Kadıoğlunun transferində ən ciddi klub isə "Borussiya Dortmund"dur.
Məlumata görə, alman klubu Ferdi üçün İstanbul klubuna 20 milyon avro civarında təklif göndərib: "Ancaq "Fənərbağça" Dortmunddan ən azı 30 milyon avro tələb edib".
Xatırladaq ki, Kadıoğlunun "Fənərbağça" ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq.
Fərid
MİA.AZ