İbtidai siniflər müəllimlərinin sertifikatlaşdırma nəticələrinə görə orta balı ən yüksək olan rayon və şəhərlər açıqlanıb.

Mia.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.

Həmin rayon və şəhərlər aşağıdakılardır:

1. Sumqayıt
2. Bakı
3. Abşeron
4. Şirvan
5. Gəncə
6. Mingəçevir
7. Siyəzən
8. Quba
9. Oğuz
10. Şabran
11. Hacıqabul
12. Xaçmaz
13. Qazax
14. Salyan
15. Zəngilan

Nazir bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində işdən ayrılan müəllimlər müsabiqədə yüksək nəticə göstərmiş müəllimlərlə əvəz olunur: "Təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində yaranmış vakant saatlar müəllim sıxlığı müşahidə olunan müəssisələrdə həmin müəssisənin müəllimləri arasında bölünür və nəticədə müəssisə üzrə orta dərs yükü artır"