Xəzər dənizin "Sumqayıt bulvarı" ərazisində boğulan qadının meyiti tapılıb.

Mia.az xəbər verir ki, araşdırmalarla meyitin 1962-ci il təvəllüdlü Şərahət Əsəd qızı Şöyübovaya aid olduğu müəyyənləşib.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisənin səbəbi araşdırılır.