"Turan Tovuz" klubu rusiyalı qapıçı İvan Konovalovla anlaşıb.
Mia.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Vaxtilə Rusiyanın 21 yaşlılardan ibarət milli komandasının da şərəfini qorumuş qapıçı ilə 1+1 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Moskvanın “Spartak” klubunun yetirməsi olan 29 yaşlı qolkiper Rusiyada “Amkar”, “Rubin”, “Ural”, “Baltika” ilə yanaşı Serbiyada “Radniçki”, “Baçka”, Belarusda “Torpedo”, Qazaxıstanda “Tobol”, Şotlandiyada isə “Livinqston”un formasını geyinib.