"Beşiktaş" 31 yaşlı portuqaliyalı futbolçunu almaq istəyir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub 31 yaşlı portuqaliyalı Rafa Silva ilə danışıqlara başlayıb.

Məlumata görə, onun "Benfika" ilə müqaviləsi iyunun 30-da başa çatacaq: "Rafa Silva ötən mövsüm Portuqaliya Liqasında 30 oyun keçirib və 14 qol vurub, 12 məhsuldar ötürmə edib".

Fərid Aslan

MİA.AZ