Xəbər verdiyimiz kimi, Türkiyə yığması sabah saat 23.00-da Çexiya ilə "ölüm-qalım" matçına çıxacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyunla bağlı Kaan Ayhan EURO2024.com saytına açıqlama verib.

Kaan Ayhan Çexiya matçında qələbə qazanmaq üçün var gücləri 9ilə oynayacaqlarının vədini verib: "Hər kəs ikinci matçdan sonra qrupdan çıxmağımızı gözləyirdi. Amma təəssüf ki, belə olmadı. Hazırda iki matçdan sonra 3 xalımız var. Gürcüstan matçı yaxşı başlanğıc oldu. Portuqaliya ilə oyuna yaxşı hazırlaşsaq da, günümüzdə deyildik. Portuqaliya həmin gün çox güclü idi. Biz qarşıda daha bir matçımız var və 6 xal qazanıb qrup ikincisi olacağıq".

Baş məşqçi Vinçenzo Montella haqqında danışan Kaan Ayhan maraqlı danışıb: "Nə gözləyirdiniz ki?! Adam italyandır! Meydanda çoxlu taktiki analiz və çoxlu taktiki məşq var. Əvvəllər belə gərgin taktiki məşq etməmişdim. Bizə onunla işləmək xoşdur. O, italyan nizam-intizamı ilə bizə yol göstərir. Montella həm meydanda, həm də meydandan kənarda dəqiq planları olan və ətrafındakı hər kəsin də bu həyəcanı paylaşmasını gözləyən bir məşqçidir"

Fərid Aslan

MİA.AZ