Lənkəran rayonunun Girdəni kəndində ikimərtəbəli ev yanıb.
Mia.az xəbər verir ki, FHN -nin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerindən 1934-cü il təvəllüdlü Əcəbnaz Əsgərəli qızı Əsgərovanın meyitini aşkarlayıblar.
Meyit müayinə üçün morqa təhvil verilib.
Fakt üzrə araşdırma aparılır.