Bu gün Avropa çempionatının B qrupunda Xorvatiya İtaliya yığmasını sınağa çəkib.
Mia.az xəbər evrir ki, oyuna daha istəkli başlayan xorvatlar 54-cü dəqqiədə penalti hüququ qazanıblar. Ancaq Modriçin zərbəsini qapçı dəf edib.
Bundan bir dəqiqə sonra Modriç "günahı"nı yuyub. O, qapı torunu silkələyib - 1:0.
İtalyanlar isə 90+8-ci dəqiqədə hesaba tazlıq gətirib - 1:1.
Beləliklə, oyun bu hesabla başa çatıb. Xorvatlar 2 xalla qrup üçüncüsü kimi tura vida edib. İtalyanlar isə qrup ikincisi kimi 1/8-ə yüksəlib və iyunun 29-da İsveçrə ilə "döyüşəcək"lər.
B qrupunun digər qarşılaşması isə Albaniya ilə İspaniya arasında baş tutub.
İspanlar 1:0 qalib gələrək qrup lideri kimi 1/8-\ə finaa çıxıblar.
Fərid
MİA.AZ